Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 78 cinayətin açılması təmin olunub
03.02.2026
Sumqayıtda evdən məişət əşyaları oğurlayan 2 şəxs saxlanılıb
Yanvarın 24-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində iki naməlum şəxs qapısı açıq qalmış bir evin həyətinə daxil olaraq 2000 manat dəyərində məişət əşyalarını oğurlayıblar. Bu barədə zərərçəkən polisə müraciət edib.Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı qadın və 35 yaşlı Vaqif Şəfiyev müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların bir müddət əvvəl həmin evi kənardan müşahidə etdikləri və gediş-gəlişin olmamasından istifadə edərək məişət əşyalarını talayıb metal qəbulu məntəqələrinə satdıqları məlum olub.Araşdırma aparılır.
Xətai rayonunda 42 yaşlı kişiyə hədə-qorxu gələrək 25000 manat tələb edən şəxslər saxlanılıblar
Paytaxtın Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onun sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etmələri barədə polisə məlumat verib. Zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparılaraq ondan 25000 manat tələb edildiyini, verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələndiyini bildirib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvü saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs dəstə üzvü olan qadının tanışı olub və digərləri onun təklifi əsasında qeyd edilən cinayət əməlini törədiblər. Saxlanılan şəxslərin hadisəni törətmə anları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sürücünün marketə getməsini görüb avtomobili talayan şəxs saxlanıldı
Paytaxtın Nizami rayonunda vətəndaşlardan birinə məxsus avtomobildən 200 manat və mobil telefon naməlum şəraitdə oğurlanıb.Hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Abdurahmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənin avtomobilinin qapısını açıq vəziyyətdə saxlayaraq marketə getməsini kənardan müşahidə edib və bir neçə dəqiqəlik nəzarətsizlikdən sui-istifadə edərək oğurluğu törədib.Nəsimi rayonunda keçirilən tədbir nəticəsində isə ticarət mərkəzlərinin birindən zərərçəkənə məxsus içərisində pul vəsaiti, bank kartları və şəxsi sənədləri olan çantanı oğurlamaqda şübhəli bilinən 31 yaşlı H.Quliyev də saxlanılıb.Araşdırmalar aparılır.
Sabunçu rayonunda rabitə kabellərini oğurlayan şəxs saxlanılıb
Paytaxtın Sabunçu rayonu ərazisində 1260 metr rabitə kabeli naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı H.Quliyev saxlanılıb. Zabrat qəsəbəsində isə vətəndaşlardan birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 63 yaşlı A.Abaşov saxlanılıb. Onun gecə saatlarında həmin evə daxil olmağa cəhd göstərdiyi, lakin qapını aça bilmədiyi üçün elə həyətdə olan məişət əşyalarını oğurlamaqla kifayətləndiyi müəyyən olunub.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 3-də ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 21,4 kiloqrama yaxın marixuana, 1,9 kiloqramdan çox heroin, 4,3 kiloqrama yaxın həşiş olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 11 tüfəng və 4 patron darağı aşkar edərək götürüblər.
Kiberpolis bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa etdi
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar. Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir. Unutmaq olmaz ki, maddi təhlükəsizlik ilk növbədə fərdi məsuliyyət və ehtiyatlı davranışdan asılıdır!