Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
12.02.2025
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.Sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
11.02.2025
Fevralın 11-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi və Xətai rayonlarında polis oğurluq edənləri saxlayıb
Paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 554 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Şükürov müəyyən olunaraq saxlanılıb. Fevralın 11-də Xətai rayonu ərazisində isə paytaxt sakini olan bir nəfər bankomatdan çıxardığı 2000 manatının oğurlanması barədə polisə müraciət edib. Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Qızıl və pul oğurlayan şəxslər saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1770 manat pul və 1000 manat dəyərində qızıl üzük oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb. Digər oğurluq hadisələri isə paytaxtın Nəsimi, eləcə də Abşeron rayonu ərazisində baş verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərə məxsus içərisində 700 manat olan pul kisəsini, həmçinin Abşeron rayon sakininin 350 manatını oğurlamaqda şübhəli bilinən İ.Muradov və A.Süleymanova müəyyən edilərək saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 2,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 11-də ümumi çəkisi 2,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 16 tüfəng və 530 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn qumar təşkil edən daha bir dəstəni ifşa edib
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib. Müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il təvəllüdlü Elçin Quliyev, 1986-cı il təvəllüdlü Orxan Məmmədov və daha 4 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar.Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkar fəaliyyətdə istifadə olunub. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıq mobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu aşkarlanıb. Elçin Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevin həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən Elçin Quliyev və daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Xaricdə və ölkə daxilində gizlənən dəstə üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində də müvafiq hüquqi prosedurlar başlanılmaqla əməliyyat tədbirləri davam etdirilir.
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb
Fevralın 8-i səhər saat 07 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub. Zərərçəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar. Nəsimi Rayon Polis İdarəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar. Amma araşdırmaların gedişi zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən şəxs qismində istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və quldurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar. Tədbirlərin davamı olaraq A.Kakayev də saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.