Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb
23.01.2025
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20 yaşlı Vilayət Quliyev saxlanılıb. Ondan 5 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə həşiş və marixuana aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. Ümumilikdə, yanvar ayı ərzində Nəsimi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 40-dan artıq əməliyyat keçirilib. Qanunsuz dövriyyədən 16 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə çıxarılıb. Saxlanılanlardan 6-sı paytaxt ərazisində narkotiklərin bilavasitə satışını həyata keçirən şəxslər olublar. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.Həmçinin, son bir neçə gündə həyata keçirilən əməliyyat, profilaktik və maarifləndirmə tədbirləri nəticəsində Nəsimi rayon sakinləri tərəfindən 8 avtomat, 3 tüfəng və 1 tapança Polis İdarəsinə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
BNMİ-nin növbəti əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb
Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub
22.01.2025
Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb
Paytaxtın Abşeron rayonu ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Suraxanı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb
Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 800 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 23,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 22-də ümumi çəkisi 23,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 22 avtomat silahı, 3 tapança, 83 tüfəng, 23 patron darağı və 549 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
21.01.2025
Yanvarın 21-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.