Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov rayonunda maşın qaçıranı polis Saray qəsəbəsində saxladı
03.02.2025
Nərimanov rayonu ərazisində “Ford” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 30 yaşlı Y.Abbasov avtomobillə birgə Saray qəsəbəsi ərazisində saxlanılıb.Abşeron rayonu ərazisində isə “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaqda şübhəli bilinən 21 yaşlı Y.Hüseyn polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Nərimanov rayonunda mağazalardan oğurluq edən şəxslər saxlanılıb
Nərimanov rayonu ərazisində yerləşən mağazalardan 214 manat pul, 2 ədəd mobil telefon, 2457 manat dəyərində spirtli içkilər oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı B.Əbilov və 34 yaşlı S.Qasımov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıtda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində “Mercedes” markalı avtomobildən 300 manat pul və bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin oğurladığı bank kartından alış-veriş etməsi də müəyyən olunub.
Hədə-qorxu gələrək pul tələb edənləri polis saxlanıldı
31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100000 dollar tələb etməsi barədə polisə müraciət edib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 10,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 3-də ümumi çəkisi 10,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 9 alışdırıcı, 16 tüfəng, 4 patron darağı və 210 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
02.02.2025
Fevralın 2-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı və Sumqayıt şəhərlərində dələduzluqda şübhəli bilinən 3 şəxs saxlanılıb
Paytaxtın Yasamal və Nəsimi rayonlarında, həmçinin Sumqayıt şəhərində 3 nəfərin ümumilikdə 4080 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 58 yaşlı R.Tanrıverdiyev, 42 yaşlı V.Mirzəyev və 28 yaşlı Ə.Əsədzadə müəyyən olunaraq saxlanılıb.Araşdırmalar aparılır.