Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 23,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
26.02.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 26-da ümumi çəkisi 23,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 7 tüfəng, 9 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı 27 kiloqram narkotik vasitə aşkarlanıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb. Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.Sonuncu əməliyyat zamanı 27 kq-dan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
25.02.2025
Fevralın 25-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı polis əməliyyatı
Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə zərərçəkənə 21 min manatdan çox maddi ziyan vurulması, eləcə də digər bir nəfərin bank kartından 580 manatının oğurlanması barədə polisə məlumatlar daxil olub. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Emin Sədətquliyev, 26 yaşlı İsrayıl Cavadov və onlarla əlbir olan bir qadın müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların internet platformaları üzərindən oyunlar təşkil etməsi və əlavə qazanc əldə edəcəkləri vədi ilə vətəndaşları aldatması məlum olub.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürdü - polis tərəfindən saxlanıldı
Paytaxt sakini olan 37 yaşlı qadın bir nəfərin onu aldadaraq adına 10 min manat kredit rəsmiləşdirdiyi barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin sosial şəbəkələrin birində özünü bank əməkdaşı kimi təqdim etməsi, zərərçəkənin etibarından sui-istifadə edərək əvvəlcə hesabına 54 manat ödətdirməsi, daha sonra zərərçəkənin adına 10 min manat onlayn kredit götürməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Tərlanov müəyyən olunaraq saxlanılıb.Bundan başqa rayon ərazisində bir nəfərin bank kartından 350 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı N.Quliyev saxlanılıb.Araşdırmalar aparılır.
Binəqədi rayonu ərazisindən oğurluq edən şəxslər saxlanıldı
Binəqədi rayonu ərazisində bir nəfərin mopedinin oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Rayon ərazisində isə daha bir oğurluq hadisəsi “BMW” markalı avtomobildən olub. Nəqliyyat vasitəsindən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla təqsirli bilinən şəxs bundan öncə də “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub.
Paytaxt ərazisindəki evlərdən oğurluq edənləri polis saxladı
Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən evlərin birində kirayədə yaşayan şəxsin 2800 manatlıq televizorun oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Analoji hadisə Nəsimi rayonu ərazisində yerləşən evlərin birində də baş verib. 5000 manat talamaqda şübhəli bilinən K.Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.