Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıblar

05.05.2025

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar. Texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb. Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motoskilet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Youtube linki - https://www.youtube.com/watch?v=2hp9QHDhJgs

 

05.05.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub 05.05.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 05.05.2025
  • Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib 05.05.2025
  • Ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 05.05.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 05.05.2025
  • Polis mağazadan saxta əskinasla alış-veriş edən şəxsi saxladı 05.05.2025
  • Bakıda və Sumqayıtda silah-sursat aşkarlandı 05.05.2025
  • Polisin əməliyyatı zamanı 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb 05.05.2025
  • Nəsimi rayonunda vətəndaşları aldadıb mobil telefonlarını alan 2 şəxs saxlanılıb 05.05.2025
  • Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıblar 05.05.2025