Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb
04.05.2025Nizami rayonu ərazisində yerləşən bazarların birində paytaxt sakininə məxsus içərisində 450 manat və bank kartı olan pulqabı oğurlanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 46 yaşlı S.Rəhimov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.