Nəsimi rayonunda vətəndaşları aldadıb mobil telefonlarını alan 2 şəxs saxlanılıb
05.05.2025Nəsimi rayonu ərazisində bir nəfər paytaxt sakininə yaxınlaşaraq onun mobil telefonunu danışmaq üçün istəyib. Daha sonra isə sahibinin başının qarışdığını görüb ona məxsus mobil telefonunu ələ keçirərək oradan uzaqlaşıb.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş 25 yaşlı M.Qasımov və 33 yaşlı T.Ağazadə saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar eyni yolla rayon ərazisində daha bir şəxsin 4000 manat dəyərində mobil telefonunu alıblar.
Sumqayıt şəhərində isə dələduzluq yolu ilə bir nəfərin 350 manatını ələ keçirmiş 32 yaşlı İ.Rəcəbzadə saxlanılıb.
Araşdırmalar aparılır.