Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
06.03.2025
Martın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 6-da ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbaraatan, 2 tapança, 5 qumbara, 2 alışdırıcı, 7 tüfəng, 18 patron darağı, 476 ədəd müxtəlif çaplı patron və 487 ədəd mərmi aşkar edərək götürüblər.
Abşeron rayonunda oğurluq edən şəxs saxlanıldı
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 500 manat pul və tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı O.Nəbiyev müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonunda silah-sursat aşkarlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 avtomat silahı, 1 patron darağı və 19 patron tapılaraq götürülüb.Araşdırma aparılır.
Bakı şəhərində evlərdən oğurluq edən şəxslər saxlanılıb
Paytaxtın ayrı-ayrı rayonlarında, eləcə də Abşeron rayonunda yerləşən 4 evdən məişət və qızıl-zinət əşyalarının oğurlanması və nəticədə zərərçəkənlərə ümumilikdə 7800 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı C.Məmmədov, 50 yaşlı A.Quliyev, əvvəllər məhkum olunmuşlar – 40 yaşlı Q.Cəfərov və 24 yaşlı M.Məmmədquliyevin müəyyən olunaraq saxlanılması təmin edilib.Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən sexlərin birindən 1994 manat dəyərində təmir alətlərini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı T.Zeynalov və Sabunçu rayonu ərazisində bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı A.Nuriyev mopedlə birlikdə saxlanılıb.Araşdırmalar aparılır.
Su polisləri brokonyerlərə və adı “Qırmızı kitab”a düşən çöl quşlarının ovlanmasına qarşı əməliyyatlar keçirib
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə-dövlət qoruqlarında, su hövzələrində qanunsuz balıq, quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir. Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan qanunsuz ovladığı 32 ədəd balıq, ov qurğuları və qayıq aşkarlanıb. Araşdırmalar davam etdirilir. Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, xüsusi mühafizə olunan ərazilərdə, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub
05.03.2025
Martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dərman deposundan oğurluq edən şəxs saxlanılıb
Martın 4-də Xətai rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 612 manatlıq dərman və tonometr aparatının oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin anbarın işçisi 34 yaşlı M.Əliyev müəyyən olunaraq saxlanılıb.Nərimanov rayonu ərazisində yerləşən anbardan isə avtomobil diskləri, qapı-pəncərə və 4 ədəd kondisioner talamaqda şübhəli bilinən 34 yaşlı B.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.