Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yabanı halda bitmiş 11 ton 770 kiloqram çəkidə çətənə kolu aşkarlanaraq məhv edilib
10.07.2026
İyulun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çəkidə 22487 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
İyulun 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 10 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
09.07.2026
Yasamal rayonunda oğurluq edən şəxs saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən obyektlərdən birində oğurluq hadisəsi baş verib. Belə ki, naməlum şəxs zərərçəkənə məxsus içərisində 839 manat olan pulqabını talayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Süleymanov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Evdən və tikinti materialları satılan mağazadan oğurluq edən iki nəfər saxlanılıb
Xəzər rayonu ərazisində yerləşən evlərdən birindən naqil və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Yasamal rayonu ərazisində yerləşən tikinti materialları satılan mağazadan oğurluq etməkdə şübhəli bilinən 54 yaşlı A.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlanılıb
Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən marketlərdən birində alış-veriş edən zərərçəkənə məxsus, içərisində 300 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları olan çanta oğurlanıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 50 yaşlı S.Absalamova müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 9-da ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,7 kiloqramdan artıq marixuana, 3,9 kiloqramdan çox metamfetamin, 2,8 kiloqrama yaxın heroin, 1 kiloqramdan çox tiryək və həşiş, həmçinin 2002 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 4 tondan artıq çəkidə çətənə kolu isə aşkarlanaraq məhv edilib
İyulun 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 4 tondan artıq çəkidə 19010 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.