Zabrat qəsəbəsində yerləşən qorunan marketlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
09.07.2024
İyulun 9-da gecə saat 1 radələrində Zabrat qəsəbəsində yerləşən qorunan marketlərin birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. 1994-cü il təvəllüdlü N.Teymurlunun həmin marketdə işlədiyi müəyyən edilib. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil verilib.