Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
19.06.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 28 qumbara, 22 alışdırıcı, 21 mərmi, 14 tüfəng, 3 patron darağı və 1712 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
18.06.2025
İyunun 18-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 2,5 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi çəkisi 2,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,3 tona yaxın çəkidə 11000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyunun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tapança, 3 qumbara, 28 tüfəng, 27 patron darağı və 702 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub
17.06.2025
İyunun 17-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə zor tətbiq edərək içərisində 745 manat, mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı olan pul kisəsini talayıb. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı R.Tağıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Paytaxtda oğurluq edənlər saxlanılıb
Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evlərin birindən oğurluq olub. Zərərçəkən polisə müraciət edərək evindən ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və nağd pulun talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmiş N.Yusubov saxlanılıb.Nizami rayonunda isə kafelərin birindən 261 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 25 yaşlı Ş.Xudaverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Abşeron və Səbail rayonlarında oğurluq edən və avtomobil qaçıran 2 nəfər saxlanılıb
İyunun 16-da gecə saatlarında Səbail rayonu ərazisində yerləşən 2 evdən mobil telefon, 400 manat dəyərində qızıl-zinət əşyaları və 50 manat pul vəsaiti oğurlanıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Bağırov müəyyən olunaraq saxlanılıb.Abşeron rayonu ərazisində isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 25 yaşlı A.İbrahimov da avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.