Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
10.09.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Sentyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 qumbara, 8 tüfəng, 3 patron darağı və 40 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.