Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
29.06.2025
İyunun 29-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi və Sabunçu rayonlarında oğurluq edən 4 şəxs saxlanılıb
İyunun 28-də Nəsimi rayonu ərazisində yerləşən yaşayış kompleksindən*50 min manat dəyərində naqil oğurlanıb.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı T.Suanverdiyev müəyyən olunaraq saxlanılıb.Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Keçirilən tədbirlərlə 8000 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 26 yaşlı A.Kərimli və əvvəllər məhkum olunmuş 43 yaşlı Ş.Səfərov da saxlanılıblar.Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən 48 yaşlı V.Abdullayevanın da polis əməkdaşları tərəfindən saxlanılması təmin edilib.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 28-də və 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 28-də və 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 44,4 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də və 29-da ümumi çəkisi 44,4 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 10,5 tondan artıq çəkidə 26023 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyunun 28-də və 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 2 qumbara, 4 alışdırıcı, 23 tüfəng, 6 patron darağı və 1227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
28.06.2025
İyunun 28-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Abşeron rayonu Xırdalan şəhəri ərazisində soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənin mobil telefonunu zor tətbiq edərək talayıb.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Xaçmaz rayon sakini F.Müseyibov saxlanılıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
Ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.Nəsimi RPİ 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
27.06.2025
İyunun 27-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.