Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 4,9 kiloqrama yaxın narkotik vasitə götürülüb
04.06.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 4-də ümumi çəkisi 4,9 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 40426 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyunun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tapança, 4 qumbara, 18 tüfəng, 6 patron darağı və 293 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Narkotrafik ifşa olundu – Bakıda iki nəfər tutuldu, 10 kq narkotik götürüldü
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb.
Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular – polis ifşa etdi
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
03.06.2025
İyunun 3-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Abşeron rayonu ərazisində yerləşən kafelərin birində naməlum şəxs 47 yaşlı rayon sakininə fiziki zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu talayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Rüstəmov saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonunda “Niva” qaçıran şəxs saxlanılıb
İyunun 3-də Xəzər rayonu ərazisində 26 yaşlı şəxs polisə müraciət edərək “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 32 yaşlı E.Kazımov saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonunda oğurluq edən 4 nəfər saxlanılıb
Nəsimi rayonunda yerləşən iki mağazada oğurluq hadisəsi qeydə alınıb. Obyektlərdən ümumi dəyəri 435 manat olan qızıl-zinət əşyası və kosmetik vasitələr oğurlanıb.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 58 yaşlı R.Ağayev və 33 yaşlı N.Səlimova saxlanılıblar.Bundan başqa, rayon ərazisində yerləşən evdən 600 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda, eləcə də bir nəfərin bank kartından 2040 manatı talamaqda şübhəli bilinən 29 yaşlı V.Əliyev və 53 yaşlı R.Hüseynov saxlanılıblar.Araşdırmalar aparılır.
Sabunçu rayonunda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində Sabunçu rayonu ərazisində 1 tapança, 1 patron darağı və 5 patron tapılaraq götürülüb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.