Nizami rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən avtomobil qaçırmaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb
16.07.2024
Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə Ramana qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmçinin narkotiklərlə əlaqəli cinayətə görə də axtarışda olan İ.Məmmədov saxlanılıb. Araşdırma aparılır.