Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
10.04.2026
Aprelin 10-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunda evlərdən 10000 manatlıq oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törtməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib. Araşdırmalar davam etdirilir.
Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanılıb
Paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Suraxanıda 13 ədəd dəmir darvaza oğurlayan şəxslər saxlanılıblar
Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov, A.İmanov, N.Albabayev və H.Babayev müəyyən edilərək saxlanılıblar. Onların oğurladıqları əşyaların bir hissəsini əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.Araşdırma aparılır.
Bakıda cigarlike edən şəxs saxlanılıb
Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən əvvəllər məhkum olunan 37 yaşlı Z.Kəlfəliyevi saxlayıb. Onun Xəzər rayonunda bir vətəndaşa məxsus içərisində 650 manat və bank kartı olan pul kisəsini ələ keçirdiyi məlum olub.Həmin şəxsin digər analoji əməllərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edilib
Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320 000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub. Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, 32 yaşlı paytaxt sakini Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova qeyd edilən maddə ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.
Bakıda marketdən oğurluq edən şəxs saxlanılıb
Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birindən 420 manat pul və 3000 manat dəyərində tütün məmulatını talayıb.Binəqədi RPİ 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Şirinov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42,4 kiloqramdan çox marixuana, 930 qramdan artıq heroin, 1 kiloqramdan çox tiryək və metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.