Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
17.06.2025
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
16.06.2025
İyunun 16-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 16-da ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 8,7 ton çəkidə 32085 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyunun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 21 tüfəng, 6 patron darağı və 374 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Paytaxtda oğurluq edənlər saxlanılıb
Binəqədi rayonunda yerləşən bir neçə evdən elektrik naqili oğurlanıb. Rayon sakini olan iki nəfər polisə müraciət edərək ümumi dəyəri 6300 manat olan eletrik naqili və təmir alətlərinin oğurlanmasını bildiriblər.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 23 yaşlı Q.Kərimov müəyyən olunaraq saxlanılıb.Səbail rayonunda yerləşən mağazaların birindən isə 637 manat oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini 49 yaşlı Z.Rəhimxanov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini olan dörd nəfər 4 ədəd tüfəngi könüllü olaraq polisə təhvil verib.Həmçinin polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 patron darağı və 10 ədəd patron tapılaraq götürülüb.Araşdırma aparılır.
Nəqliyyat vasitələrindən oğurluq edən şəxslər saxlanılıb
Paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində bir nəfərə məxsus avtomobildən 1220 manat talanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı qadın saxlanılıb.Səbail rayonunda isə evlərin birinin qarşısından skuter oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 49 yaşlı T.Rəcəbov,Xəzər rayonunda isə bir motosikleti qaçırmaqda şübhəli bilinən iki nəfər- 58 yaşlı V.Bağırov və 42 yaşlı V.Dadaşov saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
15.06.2025
İyunun 15-də ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.