Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub
02.09.2025
Bakıda 5000 manatlıq dekorativ dəmir məhsullar oğurlayan şəxsi polis saxladı
Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4300 nağd pul və 5000 manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R.Məmmədov və 50 yaşlı V.Mustafayev saxlanılıblar.Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakini olan bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Şirinov da tutulub.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Polis Bakıda dələduzluq edən şəxsləri saxladı
Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib. Nəticədə zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar. Faktlarla bağlı araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 6,8 kiloqramdan artıq narkotik vasitə və 7 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 2-də ümumi çəkisi 6,8 kiloqramdan artıq narkotik vasitə və 7 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Sentyabrın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 qumbara, 1 alışdırıcı, 6 tüfəng və 1 patron darağı aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
01.09.2025
Bakı şəhərində talama cinayətləri törədənlər saxlanıldı
Paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus içərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı və sənədlər olan çantalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkum olunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Polis moped və evlərdən təmir-tikinti alətləri oğurlayanları saxladı
Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 1100 manat dəyərində moped oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.Abşeron rayonunda keçirilən tədbir zamanı isə iki vətəndaşın evindən elektrik naqili və tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Y.Əliyev də tutulub.Faktlarla bağlı araşdırmalar davam etdirilir.