Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonunda heroin satan narkokuryer saxlanılıb
08.09.2025
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuş Kənan Həsənov saxlanılıb. Ondan 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
07.09.2025
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 6-da və 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 6-da və 7-də ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə, 127 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 181 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Sentyabrın 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 qumbara və 6 tüfəng aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
06.09.2025
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
05.09.2025
Sentyabrın 5-də ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xətai rayonunda avtoxuliqanlıq və narkotik maddələr qəbul edən sürücülər həbs olunublar
Xətai RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbir keçiriblər. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək sükan arxasında əyləşən daha bir sürücü saxlanılıb. C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük vəsiqəsi müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar. Digər sürücü barəsində isə protokol tərtib edilib və avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən qanunsuz olaraq odlu silah-sursatın əldə edilib saxlanılması, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində silsilə əməliyyatlar keçirib. Tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar həyata keçirilib. Sonucu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.Baş idarənin əməkdaşları tərəfindən qeyd edilən istiqamətlə qanunsuz əməllərə yol verən digər şəxslərin də dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.