Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 41 kiloqrama yaxın narkotik vasitə götürülüb
04.08.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 4-də ümumi çəkisi 41 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 4,2 ton çəkidə 6124 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Avqustun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və 3766 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
03.08.2025
Binəqədi və Sabunçu rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb
Sabunçu rayonunda yerləşən mağazaların birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1800 manat maddi ziyan vurulub.Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı M.Rəsulov və əvvəllər məhkum olunmuş 64 yaşlı Ş.Hüseyquliyev saxlanılıblar.Binəqədi rayonu ərazisində isə 2 nəfərə məxsus avtomobillərdən 1500 manat, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlamaqda şübhəli bilinən 39 yaşlı M.Allahverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Sabunçuda əməliyyat zamanı 5 kq narkotik vasitə aşkarlandı
Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olan əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İlkin Aslan saxlanılıb.
İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 2-də və 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 2-də və 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Avqustun 2-də və 3-də ümumi çəkisi 14,5 kiloqramdan artıq narkotik vasitə və 464 ədəd çətənə kolu götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 2-də və 3-də ümumi çəkisi 14,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 464 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 331 kiloqram çəkidə 612 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Avqustun 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 11 tüfəng, 16 patron darağı və 792 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
02.08.2025