Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
29.08.2025
Polis əməkdaşlarının avqustun 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 17,5 kiloqramdan artıq narkotik vasitə və 210 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 29-da ümumi çəkisi 17,5 kiloqramdan artıq narkotik vasitə və 210 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Avqustun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 qumbara, 3 tüfəng, 65 patron darağı və 2187 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
28.08.2025
Bakıda oğurluqlar edən şəxslər saxlanıldı
Paytaxtın Xətai, Nərimanov və Səbail rayonlarında talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus mobil telefon, motosiklet və marketlərin birindən 2400 manat dəyərində lotereya biletləri oğurlayıblar.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı İ.Alxasov, əvvəllər məhkum olunmuşlar - 37 yaşlı R.Piriyev və 32 yaşlı T.Maksimov saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Polis Bakıda daha 2 narkokuryeri saxladı
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyatlar keçirilib. Tədbirlər zamanı 20 yaşlı H.Əliyev Nəsimi, 45 yaşlı V.Mirzəyev isə Sabunçu rayonu ərazisində saxlanılıblar. Onlardan 2 kiloqramdan artıq marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə və 96 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 28-də ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 96 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Avqustun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 17 tüfəng, 2 patron darağı və 65 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.