Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
01.09.2025
Sentyabrın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 20,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 1-də ümumi çəkisi 20,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Sentyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 6 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.
Abşeronda polis əməliyyatlar keçirib - 5 kq narkotik vasitə aşkarlanıb
Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. Tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
31.08.2025
Nizami rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək “VAZ-2102” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Hüseynov və 23 yaşlı V.Axundov saxlanılıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
Polis mobil telefon oğurlayanları saxladı
Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus 5 mobil telefon və içərisində bank kartları olan pul kisəsi oğurlanıb. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 48 yaşlı V.Kərimov, 55 yaşlı Q.Məmmədov, 37 yaşlı İ.Quliyev və 40 yaşlı T.Həsənov saxlanılıblar.Araşdırmalar aparılır.
Bakıda qızıl-zinət və moped oğurlayan şəxslər saxlanıldı
Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs paytaxt sakininin evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı M.Elyasov saxlanılıb.İdarənin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə 1986 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı K.Qaçayev də tutulub.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Polis kafedən spirtli içkilər oğurlayan şəxsi saxladı
Paytaxtın Yasamal və Suraxanı rayonları ərazisində restoran, eləcə də bir neçə mənzildə talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər tərəfindən zərərçəkənlərə məxsus velosiped, mobil telefonlar, 1510 manat nağd pul və 540 manat dəyərində spirtli içki oğurlanıb.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 53 yaşlı D.Əhədov, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Məmmədov və 35 yaşlı S.Zamanov saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.