Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
27.06.2026
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
26.06.2026
İtkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 26-da ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 12,1 ton çəkidə çətənə kolu aşkarlanaraq məhv edilib
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 12,1 ton çəkidə 41622 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
İyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
25.06.2026
Oğurluq edən şəxslər saxlanılıblar
Sabunçu rayonu ərazisində oğurluq faktı qeydə alınıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək 2700 manat maddi vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Əmrahlı və E.Əhmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisələri qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlardan birinin bankomatda unutduğu pul vəsaitini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı S.Süleymanov müəyyən olunaraq saxlanılıb. Keçirilən digər tədbir zamanı rayon ərazisində iaşə obyektlərindən birindən 900 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı R.Kərimov da saxlanılıb. Araşdırma aparılır.