Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib
19.10.2025
Polis əməkdaşlarının oktyabrın 18-də və 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 23,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 18-də və 19-da ümumi çəkisi 23,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng, 12 patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
18.10.2025
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
17.10.2025
Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan şəslər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışıaparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7 tüfəng və 510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatları talayaraq hadisə yerini tərk etdiyini bildirib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb
Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus “MG” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən V.Cəbiyev müəyyən olunaraq saxlanılıb. Avtomobil sahibinə təhvil verilib.Araşdırma aparılır.