Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanılıb

18.02.2026

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.
Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H. Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.
Faktla bağlı araşdırma aparılır.

Youtube linki - https://www.youtube.com/watch?v=41eygEoTR3Q 

18.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 93 cinayətin açılması təmin olunub 18.02.2026
  • Xətai rayonunda qohumunun evindən 9 min manat oğurlayan şəxs saxlanılıb 18.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 18.02.2026
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 18.02.2026
  • Ümumi çəkisi 27,8 kiloqramdan artıq narkotik vasitə və 156 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb 18.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 18.02.2026
  • İllər öncə oğurluq etdiyi binada bu dəfə fərqli mənzildən 30 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb 18.02.2026
  • Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanılıb 18.02.2026