Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gədəbəy rayonunun Yenikənd kənd sakinləri R.Babayevdən və C.Quliyevdən qanunsuz saxladıqları ov tüfəngləri götürülmüşdür
04.01.2022
Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakinləri R.Babayevdən və C.Quliyevdən qanunsuz saxladıqları “İJ-56” və “ZK” markalı ov tüfəngləri götürülmüşdür.Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Şirvan şəhər sakini X.Qarayevdən 485 qram marixuana götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş X.Qarayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır
03.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Yanvarın 3-də polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Paytaxtın Z.Bünyadov prospektində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən V.Mahmudov avtomobillə birgə saxlanılmışdır
Nərimanov RPİ 17-ci Polis Şöbəsinə yanvarın 3-də Z.Bünyadov prospektində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Mahmudov Qala qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Culfa rayonunun Yaycı kəndi ərazisində “Volkswagen” markalı avtomobil aşmışdır
Yanvarın 3-də saat 14 radələrində Culfa rayonunun Yaycı kəndi ərazisində Ordubad rayon sakini Hüseynqulu Həsənov idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildəki sərnişin Elxan Həsənov hadisə yerində, sürücü isə xəstəxanaya aparılarkən yolda ölmüşdür.Culfa RPŞ tərəfindən araşdırma aparılır.
Şərur rayonunun Kərimbəyli kəndi ərazisində “VAZ-21074” markalı avtomobil su kanalına aşmışdır
Yanvarın 3-də saat 10 radələrində Şərur rayonunun Kərimbəyli kəndi ərazisində kənd sakini Cavid Paşayev idarə etdiyi “VAZ-21074” markalı avtomobili su kanalına aşırmışdır. Nəticədə sürücü suda boğularaq ölmüşdür.Şərur RPİ tərəfindən araşdırma aparılır.
Masallı rayonunun Qızılağac kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini E.Musayev vurulmuşdur
Yanvarın 3-də saat 21 radələrində Masallı rayonunun Qızılağac kəndi ərazisində kənd sakini Y.Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Elbrus Musayevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Masallı RPŞ tərəfindən araşdırma aparılır.
Goranboy rayon sakini M.Qarayevin idarə etdiyi avtomobil aşmışdır
Yanvarın 3-də saat 22 radələrində Goranboy rayonunun Quşçular kəndi ərazisində Nizami kənd sakini Mahir Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Paytaxt sakini Ə.Vəliyevin bank kartından 800 manat oğurlamaqda şübhəli bilinən S.Ağayev saxlanılmışdır
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ə.Vəliyevin bank kartından 800 manat pulu oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ağayev saxlanılmışdır.