Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir
21.07.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyulun 20-də və 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 14 tüfəng, 3 patron darağı və 49 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.