Binəqədi rayonunda bir qadını aldadaraq pulunu almaqda şübhəli bilinən H.Ələkbərova saxlanılıb
12.08.2024
Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10000 manat, 10000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova müyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.