Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etmiş Gəncə şəhər sakinləri Elşad Bağırov və Elçin Həsənov tutulmuşlar

05.09.2008

Sentyabrın 5-də saat 21.00 radələrində Gəncə şəhərində, 2 naməlum şəxs, Biləsuvar rayon sakini, Asif Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşına sərnişin qismində oturub onu bıçaqla hədələmiş və mobil  telefonunu almış, avtomaşından isə maqnitofonu çıxararaq getmişlər. Kəpəz RPŞ  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində şəhər sakinləri  Elşad Bağırov və Elçin Həsənov tutulmuşlar. E.Bağırov və E.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, onlar həmin gün saat 20.00 radələrində Gəncə şəhərinin ərazisində, şəhər sakini Amil Kərimovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub onu bıçaqla hədələyərək 5 manat pulunu almışlar.