Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi
05.09.2008Saat 05.45 radələrində Xətai rayonunun M.Hadi küçəsində yol hərəkəti qaydalarını pozduğuna görə "VAZ-2106" markalı avtomaşın Xətai RPİ əməkdaşları tərəfindən saxlanılmışdır. Sabunçunun və maşının sənədlərinin yoxlanılması zamanı avtomaşının Hövsan qəsəbə sakini İsgəndər Nəcəfova məxsus olması, avtomaşının isə Bakı şəhər sakinləri Elməddin İmamzadə və Ürfət Cəfərov tərəfindən Hövsan qəsəbəsi ərazisindən qaçırılması müəyyən edilmişdir.