Murad İsmayılova məxsus avtomaşını qaçırmış Tural Məhərrəmov tutulmuşdur
05.09.2008Sentyabrın 5-də Nərimanov rayonu ərazisindən qaçırılmış, Murad İsmayılova məxsus "VAZ-2106" markalı avtomaşın Biləcəri qəsəbəsi ərazisində tapılmışdır. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış, əvvəllər məhkum olunmuş Tural Məhərrəmov tutulmuş və onun evinə baxış zamanı oğurlanmış əşyalar və digər avtomaşına məxsus ehtiyyat hissələri aşkar edilərək götürülmüşdür.