Bakı şəhər sakini Könül Abbasova məxsus avtomaşını qaçırmış Məhəmməd Qasımov tutulmuşdur
05.09.2008Saat 13.30 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsinin ərazisindən Bakı şəhər sakini Könül Abbasova məxsus "KİA" markalı avtomaşın qaçırılmışdır. Avtomaşın saat 20.00 radələrində Novxanı qəsəbəsi ərazisində tapılmışdır. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakini Məhəmməd Qasımov tutulmuşdur.