DİO əməkdaşları tərəfindən vətəndaşlardan narfkotik vasitələr götürülmüşdür
05.09.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ 29-cu PB əməkdaşları Rövşən İsa oğlu Mustafayevdən 0,253 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Renad Abdulcəlil oğlu Sultanovdan 0,288 qram heroin, Gəncə ŞPİ əməkdaşları Elçin Süleyman oğlu Süleymanovdan 0,237 qram heroin götürmüşlər.
Sentyabrın 5-də Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Tural Qədirovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Mingəçevir şəhəri ərazisindəki İzolit zavodunun həyətində 3 kiloqram 610 qram marixuananı gizlətməsi saxlaması müəyyən edilmişdir. Görülmüş tədbirlər nəticəsində qeyd edilən narkotik vasitə ərazidən aşkar edilərək götürülmüşdür.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə qəsəbə sakini Vilayət İsmayılov 0,038 qram heroini Sabunçu qəsəbə sakini Ramiz Həsənova satarkən tutulmuşdur.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Hacıyevin evinə baxış zamanı 0,516 qram heroin aşkar edilərək götürülmüşdür. Ə.Hacıyev tutulmuşdur.