Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.09.2008Saat 23.30 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Türkiyə vətəndaşı Hacı Alinin idarə etdiyi "Skaniya" markalı və Göygöl rayon sakini İlqar Həsənovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə İ.Həsənov hadisə yerində ölmüşdür. RPŞ tərəfindən araşdırmalar aparılır.