Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini İ.Hüseynov müəyyən edilərək saxlanılmışdır
16.05.2021Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.Səmədov mayın 16-da bir nəfərin ona məxsus “VAZ-2107” markalı avtomobildən içərisində 100 manat və 5000 rubl (100 manat) olan pulqabısının soyğunçuluq yolu ilə talandığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Hüseynov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.