Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Füzuli Verdiyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
16.05.2021Mayın 15-də saat 23 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-21074” və Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Məmmədov və sərnişini Füzuli Verdiyev xəstəxanaya yerləşdirilmişlər, F.Verdiyev mayın 16-da orada ölmüşdür.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.