Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ucar rayonunun Qazıqumlaq kənd sakini Fəqani Murtuzov yerləşdirildiyi xəstəxanada ölmüşdür
16.05.2021Mayın 15-də saat 20 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində kənd sakini R.Hüseynov idarə etdiyi “Belarus” markalı traktorla yolun kənarı ilə gedən həmkəndlisi Fəqani Murtuzovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Ucar RPŞ tərəfindən araşdırma aparılır.