Quba rayonunun Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evdən silah-sursat aşkar edilərək götürülmüşdür
16.05.2021Quba RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evə baxış zamanı oradan 3 ədəd “TOZ”, “Karabin” və “İJ” markalı tüfənglər, 1 ədəd patrondaş, 54 ədəd patron, patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkar edilərək götürülmüşdür.