Oğurluğa cəhd göstərən Sabirabad rayon sakini Z.Zeynalov və İmişli rayon sakini R.Məmmədov saxlanılmışlar
16.05.2021Mayın 16-da saat 01.52-də Abşeron rayonu Masazır qəsəbəsi ərazisindəki mühafizə olunan marketlərin birindən Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur.
Dərhal polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oradan oğurluğa cəhd göstərən Sabirabad rayon sakini Z.Zeynalov və İmişli rayon sakini R.Məmmədov saxlanılaraq Abşeron RPİ-yə təhvil verilmişlər.
Araşdırma aparılır.