Suraxanı rayonu ərazisində avtomobildən mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən N.Eminov saxlanılmışdır
25.03.2021Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də rayon ərazisində vətəndaşa məxsus “Hyundai” markalı avtomobildən 1070 manat dəyərində mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılmışdır.