Saatlı rayon sakini İ.Zeynalovun avtomobilindən narkotik vasitələr və soyuq silahlar aşkarlanıb götürülmüşdür
25.03.2021Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş İ.Zeynalovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı ona, sərnişinləri - həmyerliləri M.Məmmədova və X.Nuriyevə məxsus 12 kiloqram 390 qram heroin, 1 kiloqram 150 qram tiryək və 1 kiloqram 100 qram metamfetamin, o cümlədən 2 ədəd bıçaq, 2 ədəd dəyənək və 1 ədəd balta aşkarlanıb götürülmüşdür.