Salyan rayonu ərazisindəki restoranların birindən kondisioner və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən İ.İlyasov saxlanılmışdır
25.03.2021Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 9-da rayon ərazisindəki restoranların birindən 95 manat dəyərində kondisioner və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İlyasov saxlanılmışdır.
Ətrafında aparılımış əməliyyat tədbirləri ilə onun martın 24-də paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Qədirovla birgə daha iki restorandan kombi, elektrik naqili və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə İ.Qədirov saxlanılmışdır.