Sabirabad rayonunun Qaratəpə kəndindəki evlərin birindən televizor oğurlamaqda şübhəli bilinən B.Cahangirov saxlanılmışdır
25.03.2021Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 25-nə keçən gecə Qaratəpə kəndindəki evlərin birindən 300 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini B.Cahangirov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 13-də Qaratəpə kəndi ərazisində “VAZ-2105” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.