Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus pul kisəsini və E.Şərifovaya məxsus çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılmışdır
25.03.2021Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini və fevralın 28-də E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılmışdır.