Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
17.02.2021Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılmışdır.