Cəlilabad rayonu ərazisindəki 2 mağazadan oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
17.02.2021Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki 2 mağazadan ümumilikdə 101 manat pul, 900 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Qarazəncir kənd sakinləri M.Verdiyev, E.Bağırov və onun qardaşı saxlanılmışlar.