Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu ərazisində yerləşən daş karxanasında xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və iki nəfəri döyməkdə şübhəli bilinən S.Quliyev saxlanılmışdır

17.02.2021

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən, Bakı şəhər sakini N.Quliyevaya məxsus daş karxanasında qohumu S.Quliyevin xuliqanlıq zəminində tüfəngdən havaya atəş açması, orada işləyən Ə.Qurbanovu və Ə.Tahirovu döyməsi barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini S.Quliyev saxlanılmışdır.

Araşdırma aparılır.

17.02.2021 tarixinə olan kriminal məlumatlar