Quba rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini R.Mirzəliyev saxlanılmışdır
17.02.2021Quba RPŞ-yə fevralın 16-da saat 16 radələrində Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilmişdir. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılmışdır. Onun sərxoş halda olması aşkar edilmişdir.
Araşdırma aparılır.