Bakı şəhər sakini olan 12 yaşlı Ə.Məmmədlinin velosipedini açıq talama yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini H.Əliyev saxlanılmışdır
17.02.2021Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə fevralın 17-də saat 18 radələrində bir nəfərin Bakı şəhər sakini olan 12 yaşlı Ə.Məmmədlinin velosipedini açıq talama yolu ilə aldığı barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş H.Əliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.